Məhşur yazıçı nasir, görkəmli alim-ədəbiyyatşünas, ictimai xadim və xalqın sevimlisi,  filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur.  O, ibtidai təhsilini 25 nömrəli məktəbdə almiş, sonra teatr texnikomu və ikiillik müəllilmlər institutunda oxumuş, 1942-44-ci illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir. 1946-47-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Əzizə xanim 1944-46-ci illərdə  Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-49-cu illərdə teatr texnikomunun müdiri, 1950-1955-cı illərdə qiyabi pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka pedaqoji institutunda dosent, 1957-74-ci illərdə Azərbaycan Elmlər Akademiyasının  əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-ci ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışmışdır. O, hər şeydən əvvəl tədris etdiyi predmetinin dərin bildiyinə, həyatiliyinə,patriorizminə və sərbəst-azad duşuncəsinə görə Universitetin tələbə-müəllim kollektivinin sevimlisi idi. O,  XİX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə "XİX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik , 1970-ci ildə "XİX əsr Azərbaycan poeziyasında xalq şeri üslubu" mövzusunda doktorluq dissertasiyalarını mudafiə etmişdir. Əzizə Cəfərzadənin yaradıcılığını XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsüs yeri vardır. O, xalqımızın əsrlər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, elimizin gözəl adət-ənənələrinin yaşadılması naminə altımış ildən artıq bir dövr  ərzində yorulmadan yazıb yaratmış, səmərəli ədəbi fəaliyyətin məhsulu olan çoxsaylı əsərləri ilə nəsrimizin inkişafına qiymətli  töhvələr vermişdir. Azərbaycan tarixinin ayrı-ayrı dövrlərində baş vermiş hadisələr, keçmişimizdə böyük iz qoymuş şəxsiyyətlərin parlaq simaları  Əzizə xanımın həmişə diqqət mərkəzində dayanırdı. Tariximizin müxtəlif mərhələrinin bədii mənzərələrini yaradan  bu əsərlərlə yanaşı, yazıçının müasir gəncliyin həyatından bəhs edən roman, povest və hekayələri də oxucular tərəfindən daim rəğbətlə qarşılanmışdır Ədəbi fəaliyyətə çox gənc ikən 16 yaşında başlamış və  "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirmişdir.Əzizə xanım 1946-cı ildən Azərbaycan yaziçılar birliyinin  uzvü idi. İlk kitabı 1948-cı ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərari ilə satişa çıxmamışdan əvvəl qadağan edilib yandırılmişdir. Əzizə xanimin nəsr əsərləri əsasın tarixi roman janrında  yazıılmışdır. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirmişdir. Onun bu  qəbildən yazdığı əsərləri aşağıdakılardır:

·        "Natavan haqqında hekayələr" (1963) - bu hekayılırdə yazıçı Qarabağın son xanı Xurşud banu  Natavanın (XİX əsr) həyatını qələmə almışdır.

·        "Aləmdə səsim var mənim" (1973-78)- ilk tarixi romanı XİX əsrdə Şamaxıda yaşayıb yaratmış  məhşur şair Seyyid Əzim Şirvaninin ədəbi həyatı haqqındadır.

·        "Vətənə qayıt" (1977) - XVİİİ əsrdə rus qoşunlarının Azərbaycan ilk gəlişi fonunda şair Nişat Şirvaninin həyatı və Şirvanin Selyan bölgəsində baş verən hadisələr

·        "Yat et məni" (1980) - XİX əsrin sonu XX əsrin əvvəllərində romantik şair Abbas Səhhətin həyat və yaradıcılığı ilə bağlı roman

·        "Bakı-1501" (1981) Şah İsmayıl Xətayi və onun Bakıya yürüşu tarixinə həsr olunmuş roman

·        "Cəlaliyyə" (1983) Xİİ əsr Naxçıvan qadın hökmdarı Cəlaliyyənin ölkənin müdafiəsi uğrunda mübarizəsi tarixi

·        "Sabir" (1989) XİX əsrin sonu XX əsrin əvvəllərində yaşayib yaratmış məhşur satirik şair Mirzə Ələkbər Sabirə həsr edilmişdir.

·        "Eldən elə" (1992) XİX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaninin həyati haqqında roman

·        "Bir səsin faciəsi" (1995) - XİX əsrin sonunda yaşamış müğənni  Mirzə Güllərin faciəli "Gülüstan"dan öncə" (1996) XİX əsrin əvvəllərində  rus qoşunlarinin Şirvana hücumu tarixinə həsr edilmiş

·        "Zərrintac-Tahirə"(1996) XİX əsrdə Cənubi (İran) Azərbaycanda yaşayıb yaratmiş qadin şairə və Bab hərakatinin liderlerindən biri Tahirə Gurrətüleynin həyati haqqında

·        "İşığa doğru" (1998) XX əsrdə Azərbaycan-İranda Bab hərakatinin əks sədası kimi baş verən faciəvi tarixə həsr edilmiş bir povest

·        "Bəla" (2001) XVİ əsrdə Şah İsmayıl Xətayidən sonra Azərbaycanda baş verən və sonu Azəbaycanın xırda xanlıqlara parçalanması ilə nəticələnən hakimiyyət uğrunda gedən saray çəkiımələri haqqında

·        "Rübabə-sultanım" (2001) - XX əsrdə baş veən ictimai-siyasi hadisələr fonunda yarı bioqrafik romanı

·        "Xəzərin göz yaşları" (2003) 1938-cı ildə Şimali Azərbaycanda yaşayan Cənubi Azərbaycanlıların Stalin rejimi tərəfindən 3-4 gün ərzində İrana məcburi departasiyasi haqqında povest

·        "Eşq Sultanı" (Ölümündən bir az əvvəl bitirmişdir yaxın vaxtda çapa hazırlanacaq)- XV-XVİ əsrdə yaşayıb yaratmış böyük Azərbaycan şairi Füzuliin həyat məcarası haqqında roman

 "Sahibsiz ev" (1966), "Əllərini mənə ver" (1970), "Sənsən ümidim" (1984), "Xəyalım mənim" (2002)   kimi bir sira povestlərinin mövsusu müasir həyatdan götürülmüşdur.

"Qızımın hekayələri" (1964), "Anamın nağılları" (1982), "Çiçəklərim" (1988), "Pişik dili" (2001) və sair uşaqlar üçün yazdığı hekayə və nağıllar.

   Əzizə Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq  xidmətlər göstərmişdir.Onun klassik Azərbaycan ədəbiyyatın, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarişlarının bəhrəsi olan əsərlər həmişə elmi ictimaiyyətin marağına səbəb  olmuşdur. Əzizə xanımın elmi-tədqiqatları onun ədəbi yaradıcılığına da güclü təsir göstərmiş və yazıçının əsərlərini Azərbaycan dilinin safliğı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevirmişdir. Əzizə  xanım ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu bir şəkildə əlaqələndirməyi bacarırdı. Elmi tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayib çap etdirmişdir  ki, bunlara "Fatma xanım Kəminə" (1971), "Könül çırpıntıları" (1972), "Azərbaycanın aşıq və şair qadınlar" (1974, 1991),’’Azərbaycanin şair ve aşiq qadınlari’’( II neşr 2003), "Şirvanın üç şairi" (1971), "Mücrüm Kərim Vardani. Sünbülstan" (1978),  "Abdulla Padarlı. Seçilmiş əsərləri" (1979), "Hər budaqdan bir yarpaq" (1983) daxildir. Onun bir çox  toplayib çap etdirdiyi əsərlərin əsas hissəsini ana və qadın yadalıcılığı təşkil edir ki, bunlar da Əzizə xanima romanlarından az şöhrət   gətirməmişdir. Bu kitablar vasitəsi ilə o,  ta qədim dövrlərdən Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının mövcud olduğunu və dünya ədəbiyyatinda öndər olduğunu sübut etmişdir. Bu əsərlərlə yanaşı onun yüzlərlələ məqalə, oçerk, elmi tədqiqat və publisistik məqalələri dövrü mətbuatda çap edilmişdir. O, "Natavan" adli kino ssenari, çoxlu sayda radio-televiziya pyeslərinin, xatirat və saysız hesabsız bayatı yazmışdır. Əzizə xanım folklorumuzun vurğunu idi, "Bayatı düşüncələrim", "Xızır Nəbi", "Novruz" və başqa Azərbaycan adət ənənələri, etnoqrafiyası ilə  bağlı yazıları, televiziya-radioda çıxışları onu xalqın sevimlisi etmişdir. Bir çox xarici ölkələrdə, o cümlədən Yuqoslaviya, Suriya, Kipr, Hindistan, Sinqapur, Malaziya, İsrail, İraq və Türkiyədə beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçısı olmuşdur Əzizə Cəfərzadə həmişə yüksək səviyyədə və ləyaqətlə təmsil etmişdir. O. xalqımızın ictimai-siyasi həyatında verən hadisələrə münasibətdə daim vətəndaş mövqeyi nümayiş etdirmişdir.Bu ölkələrin kitabxanalarından tarixi əsərləri ilə bağlı məlumatlar toplamış və səyahət gündəlikləri yazmışdır. Bunlardan biridə 1965-66-cı illərdə həyat yoldaşının işi ilə bağlı Qanaya(Afrika)  getdiyi səfərin gündəlikləri "Qızıl sahilə səyahət" (1968) xatiratını yazmasidir.

    Əzizə xanım bir sıra xarici müəlliflərin o cümlədən S. Smirnovun  "Brest qalası", Ş. Rəşidovun "Güclü dalğa", A. Lixanovun  "Mənim generalım", Ə. Kabaklənən "Əjdaha daşı", S. Çokumun "Bizim diyar" və sair əsərlənini ana dilinə tərcümə etmş, bir kitabların redaktoru olmuşdur. Onun əsərləri də bir sıra xarici dillərə o cümlədən rus, fars, tacik, ərəb, qazax və sair  tərcümə edilib xaricdə nəşr edilmişdir. Fasiləsiz olaraq televiziya və radiyoda müxtalif mövzularda çıxışlar etmiş, televiziyada "Klassik irsimizdən", "Aşıq Pəri" və sair  çoxsayı proqramlarin müəllifi və aparicisi olmuşdur. Bu verlişlər vasitəsi ilə xalqa Azərbaycan klassik və müasir ədəbi irsini  təbliğ  etmişdir. Bunla yanaşı o radioda Cənubu (İran) Azərbaycanı uçun verilən proqramlarin və "Ana" radio jurnalinin uzun illər daimi  iştirakcısı olmuşdur.

1981-89-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləmişdir. Azərbaycan qadın vəUşaqlarının hüquqlarının qorunmasi sahəsində aktiv fəaliyyət göstərmiş,  respublikanın ən ücqar  rayon-kəndlərinə belə dəfələrlə getmiş və millətin tarixi, taleyi ilə bağlı problemlərlə taniş olmuş və problemlərin həll edilməsində yaxından iştirak etmişdir. O həyatı boyu xeyriyyəçiliklə məşğul olmuş, 1979-cu ildə indiki Hacıqabul rayonunun Tağılı kəndində öz vəsaiti hesabına orta məktəb  və klub binası tikdirmişdir. Azərbaycanın müstəqilliyi və erməni təcavüzünü qarşı hərəkatında daim öndə və fəal iştirak edən bir vətəndaş olmuşdur. O, əsil  Azərbaycanlı kimi həmişə xalqın xeyir və şərində onunla birgə olmuşdur. Onu bütün xalq bir Ana kimi sevir və hörmət edirdi.  "Mənin partiyam -mənim millətimdir" sözlərini tez-tez təkrarlayar və Azərbaycan xalqını milli birliyə çağırardı.

   Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, dönə-dönə   müxtəlif fəxri fərmanlar, "Xalqlar dostluğu" ordeni və

müstəqil Azərbaycanın ali mükafatı - "Şöhrət" ordeni ilə təltif edilmişdir.   Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü idi. Azərtelefilm birliyi onun həyat və yaradıcılığı haqqinda 2 telefilm  çəkmişdir. Əzizə xanımın ən böyük mükafatı isəxalqin ona qarşı olan böyük məhəbbəti idi. Bu sevginin məntiqi nəticəsi kimi, o    2001-ci ildə "Azərbaycan Anası" və "Xalq Yazıçısı" kimi yüksək adlara layiq görülmüşdür. Əzizə Cəfərzadə 2003-ci il sentyabrin 4-də ömrünün 82-ci ilində uzun süren ağır xəstəlikdən sonra haqqin dərgahına qovuşmuşdu və vəsiyyətinə əsasən  Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda  dəfn edilmişdir . Görkəmli  yazıçı və ədəbiyyatşünas, əsl vətəndaş və qayğıkeş insan olan Əzizə Cəfərzadənin işiqlı xatirəsi onu tanıyanlarən qəlbində həmişə yaşayacaqdır.

ƏZİZƏ  CƏFƏRZADƏNİN ÖMÜR  YOLU  RƏQƏMLƏRDƏ

1921, 29 dekabr — Bakıda anadan olmuşdur.

1930 — Bakıdakı 38 №-li yeddillik məktəbin I sinfinə daxil olmuşdur.

1937 — Bakıdakı 38 №-li yeddillik məktəbi bitirmişdir. “Ədəbiyyat qəzeti”ndə “Əzrayıl” adlı ilk hekayəsi çap olunmuşdur.

1938—1941 — Sabir adına Pedaqoji Texnikumda və paralel olaraq Teatr Texnikumunun tənqid şöbəsində təhsil almışdır.

1941, 7 yanvar — Təyyarəçi Məmməd İbrahimovla ailə həyatı qurmuşdur.

1941—1944 — Ağsu rayonunun Çaparlı kəndində müəllim işləmişdir.

1945 — Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuşdur.

1946 — Azərbaycan Dövlət Universitetini ekstern yolu ilə bitirmişdir.

SSRİ Yazıçılar İttifaqına üzv seçilmişdir.

1946—1948 — Teatr Texnikumunda direktor işləmişdir.

1947—1950 — Azərbaycan Dövlət Universitetinin aspiranturasında oxumuşdur.

1948 — “Hekayələr” adlı ilk kitabı nəşr olunmuş, lakin müəllif “Axmatovşinalıq”da günahlandırılaraq kitab satışa buraxılmadan yandırılmışdır.

1950, 23 fevral — “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1950—1955 — Qiyabi Pedaqoji İnstitutda kafedra müdiri işləmişdir.

1955—1956 — Xabarovsk Universitetinin Petropavlovsk-Kamçatka filialında müəllim işləmiş, qədim dünya ədəbiyyatından dərs demişdir.

1956—1974 — Azərbaycan Əlyazmaları İnstitutunda baş elmi işçi və şöbə müdiri vəzifələrində işləmişdir.

1963 — “Natəvan haqqında hekayələr” adlı ilk (əslində isə ikinci) kitabı nəşr olunmuşdur.

1964 — “Qızımın hekayələri” kitabı nəşr olunmuşdur.

1965—1966 — Ailə vəziyyətilə əlaqədar olaraq Afrikanın Qana Respublikasında yaşamış, kitabları üçün material toplamışdır.

1966 — İngiltərədə yaradıcılıq ezamiyyətində olmuşdur.

“Sahibsiz ev” kitabı nəşr edilmişdir.

1968 — Qana Respublikasından bəhs edən “Qızıl sahilə səyahət” kitabı nəşr olunmuşdur.

1970 — “Əllərini mənə ver” adlı kitabı nəşr olunmuşdur.

1970, 3 dekabr — “Azərbaycan poeziyasında xalq şeri üslubu — XIX əsr” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1971 — “Aləmdə səsim var mənim” romanı nəşr edilmişdir.

1974-cü ildən indiyədək — Bakı Dövlət Universitetinin əvvəlcə Azərbaycan ədəbiyyatı tarixi, sonra isə Folklor kafedrasının professorudur.

1974, 10 iyun — professor elmi adını almışdır.

1975 — Yuqoslaviyada olmuş, Bakı və Sarayevo şəhərlərinin qardaşlaşma mərasiminə həsr olunmuş tədbirdə iştirak etmişdir.

Suriyada elmi ezamiyyətdə olmuşdur.

1977 — “Vətənə qayıt” romanı çapdan çıxmışdır.

İrak respublikasında elmi ezamiyyətdə olmuşdur.

1979 — Hacıqabul rayonunun Udulu sovetliyinin Tağılı kəndində orta məktəb binası inşa etdirmişdir.

1980 — “Yad et məni” romanı nəşr edilmişdir.

Hacıqabul rayonunun Tağılı kəndində klub, kitabxana və ana abidəsi inşa etdirmişdir.

1981 — “Azərbaycan xalq şeri üslubu” (I cild), “Bakı — 1501” və “Aləmdə səsim var mənim” romanı (rusca) nəşr olunmuşdur.

1982 — “Anamın nağılları” kitabı nəşr olunmuşdur.

1983 — “Cəlaliyyə” kitabı nəşr olunmuşudr.

“Vətənə qayıt” romanı Sarbas Akayevin tərcüməsində Almatıda qazax dilində çapdan çıxmışdır.

1984 — “Sənsən ümidim” kitabı çap edilmişdir.

“Gözlənilməyən gəliş” telepyesi tamaşaya qoyulmuşdur.

1985 — “Ata haqqı” və “Analar” telepyesləri tamaşaya qoyulmuşdur.

1986 — “Xalqlar dostluğu” ordeni ilə təltif edilmişdir.

1987 — Suriyada yaradıcılıq ezamiyyətində olmuşdur. “Seçilmiş əsərləri” nəşr edilmişdir.

1987—1995 — Dəfələrlə Türkiyə Cümhuriyyətində olmuş, Kayseri, Ankara, İstanbul, Konya,

Ərzurum, Qars, Ədirnə və b. şəhərlərdə keçirilən beynəlxalq simpoziumlarda iştirak etmişdir.

1988 — “Çiçəklərim” kitabı nəşr olunmuşdur.

“Qorxulu həqiqət” telepyesi tamaşaya qoyulmuşdur.

1989 — “Ağlar güləyən Sabir” romanı nəşr edilmişdir.

1989—1990 — Şamaxı rayonunun dağıdılmış tarixi Bayat kəndinin yerində qranit abidə inşa etdirmişdir.

1990 — 20 yanvar hadisələri ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq üçün Hindistan, Sinqapur, Malaziya, Türkiyə və Kiprdə olmuşdur.

İstanbulda “Anamın masalları” kitabı nəşr edilmişdir.

1990—1994 — İranda iki dəfə yaradıcılıq ezamiyyətində olmuş, “Qurani-Kərim”in Uzun Həsən tərəfindən türkcəyə tərcümə etdirilmiş nüsxəsini əldə etmişdir.

1992 — “Eldən-elə” kitabı çapdan buraxılmışdır.

1995 — İsraildə yaradıcılıq ezamiyyətində olmuşdur.

“Bir səsin faciəsi” romanı nəşr edilmişdir.

1996 — Türkiyənin Ədirnə şəhərində yaradıcılıq ezamiyyətində olmuşdur. “Gülüstan”dan öncə” və “Zərrintac—Tahirə” romanları çap edilmişdir.

1998 — “İşığa doğru” romanı nəşr olunmuşdur.

1999 — “Azərbaycan şerində xalq üslubu” (II cild) kitabı çapdan buraxılmışdır.

2000 — “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

2001 — “Bəla” povesti nəşr edilmişdir.