Əvvəlki səhifəyə qayıtmaq üçün    

Əzizə Cəfərzadə:

                                          Əqidə bəxtəvərləri

Qədim Gəncədə hörmətlə adı çəkilən bir ailə vardı: Yusifbəylilər nəsli. Nəslin patriarxı Usub bəy igid Cavad xanın, rus istilaçılarına meydan oxuyaraq doğma şəhərin qala divarları üstündə qəhrəmancasına həlak olan Cavad xanın vəziri idi. Deyərsiniz nə olsun? Axı məsəl var: "Dostunu göstər mənə, deyim necə adamsan". Şübhəsiz, Cavad xanın vəziri hər cənə-cünə adam olmazdı. Vəzir öz məsləhətləriylə xanın sağ əliydi.
Bu möhtərəm nəslin üç oğul övladı vardı: Nəsib bəy, Həmid bəy, Eyyub bəy. Doğrusu, başqalarını bilmirəm, amma mən, bu nəsil və onun yetirmələri haqqında düz-əməlli bir şey bilmirdim. Ensiklopediyamız da köməyimə gəlmədi. Heç birinin adı yox idi orada. Amma yenə də bu günlərdə müraciət etdiyim ensiklopediyada çalışan Zahid qardaşımız köməyini əsirgəmədi. Mövzumun əsas qəhrəmanı Nəsib bəy Yusifbəyov haqqında mənə xeyli məlumat verdi. Öyrəndiklərimi sizinlə bölüşüb, sonra öz mövzuma keçəcəyəm, oxucum. Əks halda, kimdən və nədən söhbət açdığım maraq doğurmaz.
Nəsib bəy 1881-ci ildə Gəncədə, bir az əvvəldə dediyim kimi, çox nüfuzlu ailədə dünyaya gəlmiş, 1920-ci ilin may ayında, deyilənlərə görə, erməni xəyanətkarlarının əlilə qətlə yetirilmişdir. Maraqlı həyat yolu keçmiş Nəsib bəy 1907-ci ildə Odessada hüquq fakültəsini bitirmiş, 1911-ci ilə qədər Odessada, Krımın əfsanəvi Baxçasarayında, İstanbulda yaşamış, elə həmin illərdə evlənmiş, nəhayət, 1911-ci ildə Bakıya köçmüşdür. Nəsib bəyin gənclik illərində Baxçasarayda tatarların maarifpərvər ziyalısı İsmayıl bəy Qaspiralı "Tərcüman" adlı bütün türk dünyasını birliyə dəvət ideallı bir qəzet çap etdirirdi. Tərcümançıların bizim "Molla Nəsrəddin" və onun əvəzsiz redaktoru Cəlil Məmmədquluzadəylə əlaqəsi vardı, aralarında yazışma gedirdi. Doğrudur, Mirzə Cəlil "Tərcüman"ı ara-sıra bəzi məqamlarına görə tənqid də edirdi. İsmayıl bəy Qaspiralı Mirzə Cəlildən "Molla Nəsrəddin"dəki ümumtürk-islam dünyasının oyanması üçün zəruri olan karikatura və felyetonlardan Misirdə - Qahirədə çap etdirdiyi "İntibah" ("Vozrojdeniye") qəzetində istifadə etməkçün icazə istəmişdi. (Bax: Ə.Cəfərzadə - "Maraqlı bir məktub", "Azərbaycan jurnalı", T-4, 1961). İsmayıl bəy Qaspiralı dünyasını dəyişəndə "Molla Nəsrəddin" qara çərçivədə çıxmış, böyük jurnalistə layiq nekroloq dərc etmişdir.
Deyərsiniz ki, bu hadisələrin Yusifbəyli nəslinə nə dəxli var? Hə, elə məsələ də bundadır ki, bu nəslin vaxtilə çox tanınmış övladı Nəsib bəy Odessada təhsil alarkən İsmayıl bəy Qaspiralının qızı Şəfiqə xanımla tanış olmuş, iki millət məhəbbətilə yanan gənclər bir-birini sevmiş və İsmayıl bəyin xeyir-duasilə evlənmişdilər. Xoşbəxt, bir-birinə ideyaca bağlı bir ailə yaranmışdı. Ailə 1911-ci ildə Bakıya köçdükdən sonra Şəfiqə xanım xeyriyyəçiliklə, azəri-türk bacılarını maarifləndirməkçün savad kursları açmaqla və s. işlərlə məşğul olmuşdur.
Nəsib bəy isə əvvəlcə bələdiyyədə işləmiş, 1917-ci ildə "Türk-Ədəm-mərkəziyyun" partiyasının yaradıcılarından biri olmuş, onun proqramını da Cümə məscidində oxumuşdur. 1918-ci ildə əvvəlcə maarif naziri olmuş, məhz onun təklifiylə məktəblərin milliləşməsi haqqında qərar qəbul edilmiş, yenə də onun təklifiylə Azəri-türk dili yeni respublikanın - ölkənin bütün ərazisində işlədilmiş, məktəblərdə məcburi fənn kimi dərs proqramına daxil edilmişdir. 1919-cu ildə Xan Xoyskinin istefasından sonra yeni hökumətin təşkili ona həvalə olunmuşdur. Həm baş nazir, həm də maarif naziri kimi fəaliyyət göstərmiş, 1920-ci ildə aprel ayının 27-də Azərbaycanda hakimiyyət "XI Qızıl Ordu" tərəfindən qəsb olunanadək həmin baş nazir vəzifəsini icra etmişdir. Dövlət qan tökülməməkçün müharibəsiz təslim olmuşdur. Nəsib bəy ilk milli pulumuzu imzalamışdır. Bu pullardan birini mərhum qayınatamgildə görmüşdüm. Hər dəfə yolum İstanbula düşəndə Almas İldırımımız kimi qürbətdə can verən soydaşlarımızın və heç olmasa nəslindən qalanları arayıb tapmaq məqsədim, arzum olmuşdur.
Bu arzular bir gün məni Əlimərdan bəy Topçubaşovla Həsən bəy Zərdabinin nəvəsi Zərifə xanım Kürdəmirlə qarşılaşdırdı və bu nəcib xanımın köməyilə bir neçə soydaşımızın, o cümlədən, Əli bəy Hüseynzadənin qızları Səidə Santurla, Fərəhavərlə tanış oldum. Elə yenə onun köməyilə Nəsib bəyin nəvəsi Zöhrə xanımla... İlahi, yaşadığı bina "Gəncə apartman"ı, soyadı Göygöl! Ömründə görmədiyi Gəncə, ömründə seyr etmədiyi Göygöl. Ulularının gözəl məkanı... Adında, soyadında yaşatdığı Zöhrə ulduzu kimi zərif və işıqlı xanım. Ailə arxivindən mənə göndərdiyi, tariximizçün çox qiymətli fotoşəkillərin, Nəsib bəylə Şəfiqə xanım Qaspiralı-Yusifbəylinin 1904-1906-cı illərdə hələ nişanlıykən bir-birinə yazdıqları məktubların əsli!!! Gözlərimə inanmırdım. "Necə ayrılırsınız bu qiymətli sənədlərdən, fotolardan?" sualıma gözlərindəki nəm, sinəsindəki iniltiyə bənzər səslə: "Onların yeri ora... Vətəndir" dedi. Daha sözüm yoxdur, Zöhrə xanım, əzizim, bir SÖZ vardı ki, onu da Siz dediniz.
Əlimdə 1904-1906-cı illərdə yazılmış altı məktub var. Rus dilində, özü də o zamankı rus orfoqrafiyasıyla yazılmışdır. Hamısı da Nəsib bəyin öz əlilə yazılmış avtoqraflardır. Qat kəsmiş, xırdaca zərflərin içərisindədir. Bu, gümanımca, məhəbbət məktublarını daxili bir titrəyişlə açıram. Başqasının məktubunu açıb oxumaq günah olsa da. Ruhu bağışlar məni hər iki gəncin. Amma gümanım düz çıxmadı: sən demə, bunlar məlum aşiqanə epistolyar nümunələr deyilmiş, iki əqidə dostunun sual-cavabı, məsləhətləşməsi, fikir mübadiləsiymiş. Nadir halda "Öpürəm səni" sözlərinə rast gələrsən. Amma necə ürəkdən sevən, necə sadiq əqidə dostlarının ürəyi çırpınır bu məktublarda.

Doğrudur, məktubların altısını da Nəsib bəy yazıb, Şəfiqə xanımın xətti yoxdur burada. Amma Nəsib bəy demək olar ki, bu və ya başqa fikir mübadiləsiylə bağlı Şəfiqə xanımın məktublarından elə parçalar sitat gətirib izah edir ki, orijinalı oxumuş kimi olursan. Məs: "Vot vı qovorite çto, vrem˙ dastü svoe. A po moemu, esli sidetü sloja ruki, to nikakoe vrem˙ ne pomojet. ß s vami soqlasen" (Siz yazırsınız ki, "Budur, siz deyirsiniz ki, zaman öz hökmünö verər, məncə, əgər əlini əlinin üstünə qoyub otursan, onda heç bir zaman kömək etməz". Mən sizinlə razıyam).

Daha sonra Nəsib bəy Şəfiqə xanımın fikirlərinə cavab olaraq yazır: "Mən sizə yazmışdım. Əgər xalq hazırlıqlı deyilsə, onda məlum hüquqlarından istifadə edə bilməz, yox əgər hazırdırsa və bu hüquqlara tələbat duyursa, onda o özü o hüquqları əldə edər, nail olar. Məsələ zamandan asılıdır".

Sizin bu sözləriniz mənə aydın deyil: "Qadın qadın olmalıdır". Mən heç də qadının qapalı olmasının tərəfdarı deyiləm, məncə, çadra altında düşünülmüş, canlı həyat mümkün deyil. Mən sizə yazmışdım: indi nə qədər ki, bizim qadınlar buna hazır deyil, çarşabı qəflətən atmaq böyük fəsadlara səbəb ola bilər. Lakin biz çadranı yandırarıq, yandırarıq ki, bizim qadınları alçaldan çadranın xatirəsi belə yaddaşlarda qalmasın".

Məktublardan biri Odessada baş verən hadisələrdən danışır. Nəsib bəy Şəfiqə xanıma teleqram vurmaqçün evdən çıxdığını yazır və deyir: (Deyəsən, talan qurtarıb. Hələ öldürülənlərin hamısı yığılmayıb, çoxu küçələrdə düşüb qalıb. Öldürülmüş və yaralanmış tələbələrin sayı yüzdən çoxdur, amma deyilənə görə az qala on mindir... ən yaxşı mağazalar... darmadağın edilib, talan olunub... Dünən bizim mehmanxananın səfəriləri, sən demə, patrul istəyiblərmiş. Bir saat sonra mehmanxana gülləbaran olunmağa başladı. Yenidən ara qarışdı, bağırtı, hönkürtü, inilti, hay-küy qopdu. Gülləbaran beş dəqiqə çəkdi... Birdən pillələrlə, fasiləsiz güllə ataraq soxulurlar... Sən demə, bizi qoruyan əsgərlər gicəllənənəcən binamızın altındakı şərab dükanında içiblər və bizə hücuma keçiblər.")

Maraqlı bir faktı məktublardan çıxış edərək nəzərə çatdırmaq istəyirəm. Sən demə, Nəsib bəy Odessada tibb fakültəsində oxuyub, o, bu şəhərə həkim olmaqçün getmiş və elə təhsilini də tibb fakültəsində başlamışdır. Lakin həm öz xalqının həyatı, həm Odessada baş verən hadisələr onun fikrini dəyişmişdir. Onun ictimai düşüncələrində köklü dəyişikliklər əmələ gəlmiş və o, tibb fakültəsindən hüquqa keçmişdir. Nişanlısı Şəfiqə xanım onun bu yerdəyişməsini "ölüdən qorxmaq" kimi zarafata çevirmişdir. Nəsib bəyin məktublarındakı cavablar bu məsələni gözəl işıqlandırır.

Əlimdə 1904-1906-cı illərdə yazılmış altı məktub var. Rus dilində, özü də o zamankı rus orfoqrafiyasıyla yazılmışdır. Hamısı da Nəsib bəyin öz əlilə yazılmış avtoqraflardır. Qat kəsmiş, xırdaca zərflərin içərisindədir. Bu, gümanımca, məhəbbət məktublarını daxili bir titrəyişlə açıram. Başqasının məktubunu açıb oxumaq günah olsa da. Ruhu bağışlar məni hər iki gəncin. Amma gümanım düz çıxmadı: sən demə, bunlar məlum aşiqanə epistolyar nümunələr deyilmiş, iki əqidə dostunun sual-cavabı, məsləhətləşməsi, fikir mübadiləsiymiş. Nadir halda "Öpürəm səni" sözlərinə rast gələrsən. Amma necə ürəkdən sevən, necə sadiq əqidə dostlarının ürəyi çırpınır bu məktublarda.

Doğrudur, məktubların altısını da Nəsib bəy yazıb, Şəfiqə xanımın xətti yoxdur burada. Amma Nəsib bəy demək olar ki, bu və ya başqa fikir mübadiləsiylə bağlı Şəfiqə xanımın məktublarından elə parçalar sitat gətirib izah edir ki, orijinalı oxumuş kimi olursan. Məs: "Vot vı qovorite çto, vrem˙ dastü svoe. A po moemu, esli sidetü sloja ruki, to nikakoe vrem˙ ne pomojet. ß s vami soqlasen" (Siz yazırsınız ki, "Budur, siz deyirsiniz ki, zaman öz hökmünö verər, məncə, əgər əlini əlinin üstünə qoyub otursan, onda heç bir zaman kömək etməz". Mən sizinlə razıyam).

Daha sonra Nəsib bəy Şəfiqə xanımın fikirlərinə cavab olaraq yazır: "Mən sizə yazmışdım. Əgər xalq hazırlıqlı deyilsə, onda məlum hüquqlarından istifadə edə bilməz, yox əgər hazırdırsa və bu hüquqlara tələbat duyursa, onda o özü o hüquqları əldə edər, nail olar. Məsələ zamandan asılıdır".

Sizin bu sözləriniz mənə aydın deyil: "Qadın qadın olmalıdır". Mən heç də qadının qapalı olmasının tərəfdarı deyiləm, məncə, çadra altında düşünülmüş, canlı həyat mümkün deyil. Mən sizə yazmışdım: indi nə qədər ki, bizim qadınlar buna hazır deyil, çarşabı qəflətən atmaq böyük fəsadlara səbəb ola bilər. Lakin biz çadranı yandırarıq, yandırarıq ki, bizim qadınları alçaldan çadranın xatirəsi belə yaddaşlarda qalmasın".

Məktublardan biri Odessada baş verən hadisələrdən danışır. Nəsib bəy Şəfiqə xanıma teleqram vurmaqçün evdən çıxdığını yazır və deyir: (Deyəsən, talan qurtarıb. Hələ öldürülənlərin hamısı yığılmayıb, çoxu küçələrdə düşüb qalıb. Öldürülmüş və yaralanmış tələbələrin sayı yüzdən çoxdur, amma deyilənə görə az qala on mindir... ən yaxşı mağazalar... darmadağın edilib, talan olunub... Dünən bizim mehmanxananın səfəriləri, sən demə, patrul istəyiblərmiş. Bir saat sonra mehmanxana gülləbaran olunmağa başladı. Yenidən ara qarışdı, bağırtı, hönkürtü, inilti, hay-küy qopdu. Gülləbaran beş dəqiqə çəkdi... Birdən pillələrlə, fasiləsiz güllə ataraq soxulurlar... Sən demə, bizi qoruyan əsgərlər gicəllənənəcən binamızın altındakı şərab dükanında içiblər və bizə hücuma keçiblər.")

Maraqlı bir faktı məktublardan çıxış edərək nəzərə çatdırmaq istəyirəm. Sən demə, Nəsib bəy Odessada tibb fakültəsində oxuyub, o, bu şəhərə həkim olmaqçün getmiş və elə təhsilini də tibb fakültəsində başlamışdır. Lakin həm öz xalqının həyatı, həm Odessada baş verən hadisələr onun fikrini dəyişmişdir. Onun ictimai düşüncələrində köklü dəyişikliklər əmələ gəlmiş və o, tibb fakültəsindən hüquqa keçmişdir. Nişanlısı Şəfiqə xanım onun bu yerdəyişməsini "ölüdən qorxmaq" kimi zarafata çevirmişdir. Nəsib bəyin məktublarındakı cavablar bu məsələni gözəl işıqlandırır. Məktublardan birində oxuyuruq: (Hər halda mən sizə sübut edəcəyəm ki, mən tibbi sizin düşündüyünüz kimi məhz "ölüdən qorxduğum" üçün atmamışam, ... Tutaq ki, təbib xalqı müalicə edir, böyük uğurla, deyək ki, o, onlarla soydaşını ölümdən xilas edib. Məgər geridə qalmış xalqın inkişafı üçün çoxmu iş görülmüşdür? Yox, mənim əzizim, təəssüf ki, çox az şey. Bizim məqsədimizsə ümumi qüvvəmizlə xalqı ayağa qaldırmaq olmalıdır. Görürsünüz ki, mən həkimlərin xeyir verdiyini danmıram, lakin təkrar edirəm ki, bu zamanda bizimçün hüquq məsələlərini bilən adamlar daha çox vacibdir.)

Hiss edirsinizsə, bu, bayağı aşiqanə məktublar deyil, iki bəxtəvər əməl dostunun yazışması, fikir, əqidə mübadiləsidir. Nəsib bəyin yenə bu mövzuda yazılmış başqa bir məktubunda oxuyuruq: (Siz gözəl bilirsiniz ki, bizim xalq nə vəziyyətdədir. Mən onu Avropa xalqlarıyla müqayisə edəndə qeyri-ixtiyari gözlərimin önündə belə bir səhnə canlanır: yol ilə həyatsevər, şən, canlı bir cavan gedir, ardınca südəmər körpə iməkləyir. Necə bilirsiniz, bu körpəyçün hansı daha zəruridir: həkim, yoxsa tərbiyəçi və müəllim? Məncə, sonuncu. Ondan ötəri ki, bu körpəyə yardım etsin (yardım etməyə qadir olsun), bundan ötəri o tərbiyəçi özü hazır olmalıdır, onun intellektual qabiliyyətinə, səviyyəsinə bələd olmalıdır... ibtidai vəziyyətindən bu günün səviyyəsində qaldırmaq üçün. Belə hazırlığı isə yalnız hüquq fakültəsində almaq olar.). 

Gənc Nəsib bəy xalqa xidmətini bu məqsədlə, bu hazırlıqla başlayır, bunu öz sevgili nişanlısı Şəfiqə xanıma da aşılayırdı.

Nəsib bəyin qadın məsələsinə münasibəti də olduqca maraqlı və əvvəldə gətirdiyimiz fikirləriylə sıx bağlıdır. O, məktublarının bir neçə yerində bu məsələyə toxunur və Şəfiqə xanıma izah edir ki, qadının birdən-birə heç bir hazırlıq görmədən çadrasını atması fəsadlar törədə bilər. Bununçün qadın irəlicədən millətin özü kimi bütünlüklə hazırlıq dövrü keçməlidir. Çadra və qadın hüquqsuzluğunu amansız ləkə hesab edir, qadına öz hüququnu başa salmaq, sonra isə ictimai həyata qatmaq lazımdır. Yoxsa o öz hüququndan istifadə edə bilməz. Qadını zəif, kişiləri daha ağıllı hesab edənlərə qarşı Nəsib bəy deyir: "Bıvaşt jenùinı umnee tıs˙ça mujçin" (Min kişidən ağıllı qadınlar olur). Şəfiqə xanımla şəriətin qadınlara verdiyi hüquq barədə mübahisə aparıb, göstərir ki, əgər indi, heç bir hazırlıq görmədən bu hüquq qadına verilsə, onsuz da ondan istifadə edə bilməyəcəkdir. Çadradan bəhs edən başqa bir məktubunda yazır: "...sojjem mı ix, çto bı ne ostalosü i pam˙ti o pozore naşix jenşin!" 

Görünür, Şəfiqə xanım Nəsib bəylə bu kimi məsələlər barəsində ciddi mübahisələr apardığı kimi, öz işlərində də sanki nişanlısına hesabat verib bildirir ki, Moskvada yaranan hansısa bir qadın cəmiyyətilə birləşmək istəyir. Nəsib bəy burada da xanımına düşündürücü məsləhətlər verir.

Məktublar 1904-1906-cı illərdə təkcə Azərbaycan deyil, ümumrusiya xalqlarının həyatı, mübarizəsi, cəhalətin töüğyan etdiyi dövr, talanlar, qırğınlar tarixini öyrənənlərə mühüm mənbə kimi maraqlı materiallar verir. 

Qəribə, maraqlı məktublardır, burada umu-küsü də, xırda-para söz üstündə incikliklər də, Odessada təhsil alan gənclərin milli azadlıq arzulu toplantılarının gedişi, mahiyyəti və s. vardır. Amma bircə yüngül söz yoxdur, incə, zərif, öpüş-qucuş deyil, əsil sevən gənc qəlblərin hərarəti var. Başlıqlarda müraciətlər belə, sadədir və yalnız Şəfiqə xanımla onun möhtərəm atasının razılığıyla nişanlanandan sonra bir dəfə imzada dəyişiklik olur: "Hörmətlə: Nəsib" əvəzinə, "Səni öpürəm, nişanlın Nəsib" və mötərizədə əlavə edir: (Hələlik rəsmiyyətə salınma da, atanın razılığıyla). 

Bu əqidə bəxtəvərlərinin məktublarının zərfi üstündə, görünür, Şəfiqə xanımın sonradan yazdığı bəzi xırda-para qeydlərlə yanaşı, əgər içəridə Nəsib bəy tarix yazmayıbsa, məktubun alınma tarixi də qeyd olunmuşdur. 

Hələ ki, məncə, haqqında danışılmayan bu çox maraqlı arxiv sənədlərini böyük inam və lütfkarlıqla mənə... yoox, VƏTƏNƏ təqdim edən Nəsib bəy yadigarı Zöhrə xanım Göygölə minnətdarlığımı bildirirəm. Onu da qeyd etməliyəm ki, Bağçasaraydan Azərbaycanımıza gəlmiş gəlinimiz Şəfiqə xanım Qaspiralı-Yusifbəyli burada, ikinci vətənində xeyli xeyriyyə işləri görmüş, savad kursları açmış, müəllimlik etmişdir. Başqa cür ola da bilməzdi. Nəsib bəyə məktublarında öz əksini tapan fikirlərin sahibi məhz belə bir ictimai xadim ola bilərdi. Lakin bu, başqa mövzudur. Hələlik, oxucum, təki can sağlığı olsun, o da yazılar, inşaallah.

ĞBizim Əsrğ qazeti