"Əzrayıl"  hekayəsi

1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirmişdir.   

  Oxumaq üçün  


Natəvan haqqinda hekayələr

Azərbaycanın görkəmli yazıçılarından Xurşid Banu Natəvan (1830-1898) haqqında yazılan hekayələri müəllif  Azərbaycan  Elmlər Akademiyası Respublika əlyazmalar fondunda mühafizə olunan müxtəlif qeydlər, şairənin qohumları tanışları ilə söhbətlər zamanı söylənilən xatirələr əsasın dayazılmışdır. Gənclər bu hekayələri oxuyarkən şairənin yaşadıgı dövrə aidbəzi məlumatlarla tanış olurlar. Hekayələr oxuduqca şairənin keçirdiyi həyat və keçmişin acı xatirələri göz qarşısında canlanır.

Bakı, Azərnəşr, 1963

Tirajı –10.000

  Oxumaq üçün  


Qızımın hekayələri

Kitabda müəllif qızı ilə bağlı həyat epizotlarını qələmə almış, sadəcə həyati ştrixləri əks etdirmişdir. Bunlar əslində uşaq hekayələridir. Bu kiçik hekayələrdə uşaq dünyasının ilk addımları əks etdirilmişdi. Yazıçının ilk hekayələrinin hamısını bütövlükdə uşaqlıq dünyasının təkrarsız anları canlandıran bədii lövhələr kimi təqdim etmək mümkündür. Kitabda «Sağ əl», «Xardal», «Günəş», «Yağış», «Tüfeyli» və s. hekakayələri yer alır.

 Bakı, Azərnəşr, 1964

Tirajı- 10.000

  Oxumaq üçün  

 

            Sahibsiz ev

     Bakı, Azərnəşr, 1966

Tirajı- 10.000

 

 

Qızıl sahilə səyahət

 1965-66 cı illərdə yazıçı Əzizə Cəfərzadə Qərbi Afrikanın vaxtı ilə Qızıl Sahil adlanan  ölkələrini: Qvineya, Toqo, Qananı gəzmişdir. O, Qanada 6 ay yaşayıb,ölkənin müxtəlif şəhər  və kəndlərini dolaşmış, müxtəlif insanlarla görüşmüşdür. Əzizə Cəfərzadə məhz 1965-ci illin II yarısında Qana həyatını necə görmüşsə, oxucuya öz xatirələrinin elə də təqdim etməyə çalışmışdır.

Bakı, Gənclik, 1968

Tirajı- 7.000


Əllərini mənə ver...

 Bu povest 60-cı illərin sonunda yazılmışdı. Əsərdən göründüyü kimi mövzu zahirən əmək, təsərrüfat, tikinti kimi problemleri əhatə edir. Əslində isə məsələ göründüyündən daha qəlizdir. Müəllif göstərir ki, insanın öz problemləri, cəmiyyətdə yeri və digər insanlarla münasibəti daha böyük əhəmiyyət kəsb edir.

 Bakı, Gənclik, 1970

Tirajı- 15.000

 


 

Aləmdə səsim var mənim

 Roman XIX əsrin böyük şairi və maarifçisi Seyid Əzim Şirvaninin həyatından bəhs edir. Əsərin mərkəzində görkəmli şairin həyatı, əbədi taleyi, onun gerçəkliyi ilə əlaqələrü durur. Müəllif də hadisələrə çox vaxt Seyid Əzimin gözü ilə nəzər salır, onun şerlərindən misallar gətirməklə şairirn həyata və müasirlərinə münasibətini konkret əbədi faktlarla açıqlayır.

I nəşr-- Bakı, Gənclik, 1972

Tirajı- 20.000

  Oxumaq üçün  

II nəşr-- Bakı, Azərnəşr, 1978

Tirajı- 20.000

Звучит повсюду голос мой   

Советский писателъ

Тираж—30.000

Romanı oxumaq üçün  Rus varianti 


Vətənə qayıt

 Romanın ideya mərkəzində iki xəttin- Vətən və məhəbbət motivlərinin oldugunu qətiyyətlə söyləmək olar. Əsər XVII əsrin sonu XIX əsrin əvvəllərində yaşamış Nişat Şirvaninin həyatına həsr olunub. Əsərdə şairin başına gələn məcaralar, həyat və tale çətinliklərinə geniş yer verilir.

 Bakı, Gənclik, 1977

Tirajı- 40.000

  Oxumaq üçün  

Елге кайт (qazax dilində)

Алма-Ата, 1983

Тираж – 10.000   


Yad et məni

 Yazıçının «Yad et məni» romanı əsrin əvvəlində baş vermiş hadisələr, xüsusilə 1902-ci il Şamaxı zəlzələsi təsirli vasitələrlə qələmə alınmışdı. Əsərdə Sabir və Səhhət   kimi dövrünün qabaqcıl  münəvvər sənətkarları diqqət mərkəzində  durur.

 Bakı, Gənclik, 1980

 Tirajı- 30.000

  Oxumaq üçün  

 

Bakı 1501

 Kitab 3 hissədən : birinci hissə «Bakı 1501», ikinci hissə «Qanlı qadalı Dünya», üçüncü hissə isə «Hökmdarın şair ürəyi» ibarətdir.XVI əsrin əvvəlləri müharibədən və dini çəkişmələrdən üzülmüş xalq kütlələri acınacaqlı həyatdan, Azərbaycanın Səfəvi dövlətinin qüdrətlənməsi yolunda atılan addımlardan qızılbaşlıların Şamaxıya və Bakı qalası hücumunda Ş.İ. Xətainin bir padşah, sərkərdə və şair kimi mürəkkəb həyatından bəhs edir.

 Bakı, Yazıçı, 1981

 

Tirajı- 40.000 

  Oxumaq üçün  

Romanı oxumaq üçün  Rus varianti 


Anamın nağılları

 «Anamın nağılları» silsiləsi folklorda nəsrin, nağılla hekayətnin vəhdəti, qovuşuğu kimi diqqəti cəlb edir. Bu nağıllarda əsas mövzu ibrətamiz, örnək götürüləsi  həqiqətlərdən alınmışdır. Yazıçı anasının «nağıllarını» elə seçmişdir ki, burada hər nağıl bir didaktik fikrin daşıyıcısıdır.

 Bakı, Gənclik, 1982

 Tirajı- 50.000

 Oxumaq üçün  

 

 «Anamın masalları»

İstanbul, 1990 


Cəlaliyyə

Kitabda eramızdan əvvəl Azərbaycanda yaşayan ulu babamız hunların bu torpağa gəlişinin başlanmasını əks etdirən «Hun dağı», XII əsrdə Naxçıvanda hökmdarlıq etmiş Cəlaliyyə Xatunun həyətından bəhs edən «Cəlaliyyə», XVII əsrin sonu XIX əsrin 30-cu ilində Orta Asiya, Yaxin Şərq və b. məmləkətlərə səyahət etmiş cografiyaşunas, alim Haci Zeynalabdin Şirvaninin uşaqlıq illərindən bəhs edən «Xoş gördük, səyyah» və müasir mövzuda yazdığı «Səməndər quşu» ilə yanaşı bir sıra kiçik həcmli hekayələri də yer alır.

 Bakı, Gənclik, 1983

 Tirajı- 40.000


Sənsən ümidim

          Kitaba «Vətənə Qayıt» romanı, «Sənsən ümidim», «Gözlənilməyən gəlin»,«Ata haqqı» povestləri daxildir.

 Bakı, Gənclik, 1985 

 


 

Çiçəklərim

Əzizə Cəfərzadə bu kitaba daxil etdiyi hekayələrin qəhrəmənları dərə kəçib,dağ aşa, el-obanı dolaşan nağılların, laylaların, tapmacaların, yanıltmacların  yol yoldaşı şirin-şəkər balalardır, evlərimizdə günbəgün boy atan,  günəşə  boylanan gülüzlü körpələrdir.

 Bakı, Gənclik, 1988


 

             Sabir

   Dahi şairimiz Mirzə Ələkbər Sabirin güldürə-güldürə ağladan, ağlatdıqca qeyrətə çağıran döyüşkən satirası ilə oxuculara yaxından tanışdır. Bu  kitabda müəllif həmin qüdrətli poeziyanı meydana gətirən əndişələrlə dolu zəmanədən, şairin ağır güzaranından, hücumlara, təqiblərlə məruz qalmasıdan bəhs edir.

 Bakı, Azərnəşr, 1989

  Oxumaq üçün  

 

Sonrakı səhifə keçmək üçün