Əvvəlki səhifəyə qayıtmaq üçün              

                                                                                                 

 

 

Eldən-elə

 

       Romanda XVIII əsrin sonu XIX əsrin əvvəllərində yaşamı ədəbiyyatında «Riyozüs-səyahət» və s. kimi olduqca qiymətli əsərlər bəxş etmiş  H.Z.Şirvanininhəyatından bəhs olunur. Yazıçı bu əsərı ilə oxucunu azərbaycanlı səyyahın əsərləri və onun təxəyyülü əsasında həyatı ilə tanış edir.

 Bakı, Gənclik, 1992

  Oxumaq üçün  


 

«Gülüstan»dan  öncə

Roman Rusiyanın Qafqazı istila dövrünün ilk illərinə nəzər salınır, ötən əsrin  əvvəllərində Şirvan xanlığının yadelli qəsbkarlara qarşı mübarizələrindən bəhs  olunur.Müəllif tariximizin indiyədək öyrənilməmiş səhifələrinə diqqəti yönəltməklə yanaşı bədii əhvalatlar fonunda dövrün etnoqrafiyası haqqında zəngin məlumat verir.

 «Şur»nəşr, 1996

 

 

Zərrintac- Tahirə

 

XIX əsrin I yarısında İranın siyasi,ictimai həyatında baş verən,Qərb və Şərq  dövlətlərinin diqqət mərkəzində duran bir hadisəyə 1844-1850-ci illərdə Babilər  hərəkatına xüsusilə Babi inamının (1863-cü ildə Bəhailik adlanan) görkəmli tədqiqatçı, Şərqin qorxmaz qadın mübarizi Qürrətüleyn Xanıma həsr olunmuıdur. Tarixi roman janrında qələmə  alınmış roman İranın ictimai, siyasi və iqtisadi mühitini parlaq lövhələrlə işıqlandırır.

 Göytürk nəşriyyatı, 1996


 

Bir səsin faciəsi

 

 Əsər Azərbaycanda keçmiş Cavid-Qaradonlu ərazisində baş verən hadisələrdən, ailə və məişət məsələlərindən, əski adət və ənənələrdən bəhs olunur. Yazıçı əsərdə səsi vala yazılmış Azərbaycanın ilk qadin xanəndəsi Mirzə Güllərin də həyatıni əks etdirmişdir.

 Bakı, AzKC mətbəəsi,1997

 

  Oxumaq üçün  


 

İşığa doğru

 

Bu kitab bir növ ’’Zərrintac-Tahirə ’’ romanının davamıdır. Romanda XIX yüzilliyin II yarısında Azərbaycanda İrandan nəşət edən babilik, bahailik dini cərəyanının yayılması ilə əlaqədar olaraq fanatizm qurbanları, xüsusilə Nəsrəddin şahın dövründə Cənubi Azərbaycanda binəsiblərin bir parça çörək ümidilə müxtəlif dini məzhəblərə qoşulması diqqət mərkəzinə çəkilir. Müəllif belə qenaətə gəlir ki, zülm, istibdad, dərəybəylik olan ölkələrdə binəsiblərin istismarı davam etdikcə mübarizə də davam edəcək, insan daim işığa doğru can atacaq.

 Bakı, Şirvannəşr, 1998

 

 

 Bəla

"Bəla" XVİ əsrdə Şah İsmayıl Xətayidən sonra Azərbaycanda baş verən və sonu Azəbaycanın xırda xanlıqlara parçalanması ilə nəticələnən hakimiyyət uğrunda gedən saray çəkişmələri haqqında əsərdir.

 Baki, Şirvannəşr, 200 1

Romanı oxumaq üçün

 Romanı oxumaq üçün  Rus varianti 



      Pişik Dili

     Bakı, 2001

 


Biz Cəfərzadələr

 

Kitaba yazıçı, professor Əzizə Cəfərzadənin bir nəslin tarixi fonunda XIX- əsrlərdə Azərbaycanda baş verən mühüm hadisələri əks etdirən «Rübabə-Sultanım» romanı, filologiya elmleri doktoru Məmməd Cəfərzadənin «Biz  Cəfərzadələr» bioqrafik yazıçı və şair  filologiya elmləri doktoru Əhməd Cəfərzadənin «Adsız Qəhrəmənlər»povesti və «Eşitdiklərimdən,gördüklərimdən, yadımda qalanlar» yazısı daxil edilmişdir.

  Bakı, 2001

 Tiraj-- 500

Romanı oxumaq üçün


Xəzərin göz yaşları

 Əzizə Cəfərzadənin oxuyuca təqdim olunan bu kitabını 1938-ci ildə Bakıda törədilən və millətə qarşı çevrilmiş cinayətkar hadisələrdən bəhs edən «Xəzərin göz yaşları» və müasir mövzuda yazılmış «Xəyalım mənim» adlı  povesti daxildir.

 Bakı, 2001

 Tiraj-- 500

 Romanını  oxumaq üçün 


 

 

Eşq Sultanı

"Eşq Sultanı"çağdaş Azərbaycan nəsrinin görkəmli nümayəndəndələrindən biri olan Əzizə Cəfərzadənin sonuncu romanıdır.Tarixi janrda qələmə alınmış roman böyük Azərbaycan şairi Məhəmməd Füzulinin ömür yolundan bəhs edir.

 Baki, Şirvannəşr, 2005

Tiraj 500 

Romanı oxumaq üçün


 

Əzizə Cəfərzadənin bədii yaradıcılıqla yanaşı, folklorşünaslıq, ədəbiyyatşünaslıq və əbədi tənqidlə də məşğul olmuş, xalq ədəbiyyatı, klassik və müasir ədəbiyyatımızla bağlı çoxlu sayda məqalələr yazmış, monoqrafik tədqiqatlar aparmşıdır. Xüsusilə, onun iki kitabdan ibarət «Azərbaycan poeziyasında xalq şeri üslubu» adlı monoqrafik tədqiqatı yazılı və şifahi ədəbiyyatımızın əlaqə və bağlarını öyrənmək baxımından əhəmiyyətə malikdir. Onun tərtib etdiyi kitablar ədəbiyyatımızın az tədqiq olunan söz sahiblərinin yaradıcılıq irsinin üzə çıxarılması, öyrənilməsi və təbliğ olunması baxımşndan səciyyəvidir. Bunların içərisində «Fatma xanım Kəminə» (1971), «Könul çırpıntiları» (1972), «Azərbaycanın aşıq və şair qadınları» (1974), «Şərqin üç şairi» (1976), Abdulla Padarlının «Seçilmiş şerləri» (1979), «Hər budaqdan bir yarpaq» (1983) və b. daha çox diqqəti cəlb edir.

                                                                       

                                                                             

  Oxumaq üçün  


 

Əzizə Cəfərzadənin yaradıcılığının digər bir qolunu tərcümələr təşkil edir. O, rus yazıçısı S.Smirnovun «Brest qalası» əsərini, özbək yazıçısı Şəfəq Rəşidovun «Güclü dalğa» romanşnş, habelə Türkiyə ədəbiyyatından Ə.Kabaklının «Əjdaha daşı» povestini, Sevinc Çokumun «Bizim diyar», Şəmsi Bellinin «Atatürkün eşq macərası» romanlarını dilimizə tərcümə etmişdir. Müəllifin bu tərcümələri kitab şəklində nəşr  olunmuşdur
 
 

Haqqında dərc edilmiş kitablar

 

Arif Zeynallı ~ Qüdrətli Sənətkar

Kitabda görkəmli Azərbaycan yazıçısı, tarixi romanlar müəllifi Əzizə xanımCəfərzadənin həyat və yaradıcılıq yolundan bəhs olunur.Yazıçının anadan olmasının 80 illik yubileynə həsr olunmuş bu əsər onun haqqında yazılmış ilk tədqiqatdır.  

 Baki, BSU nəşriyyatı, 2001

Tiraj - 500

 


 
 

İfrat Əliyeva ~ El Anasi - Əzizə Cəfərzadə

Kitabda görkəmli Azərbaycan yazıçısı və elm xadimi Əzizə xanımCəfərzadənin çoxyönlü yaradıcılığına yeni baxış bucağından nəzər salınır, yazıçının yaradıcılıq yolunun təkamülü izlənilir.

 Baki, Elm, 2001

Tiraj - 300


Nüşabə Məmmədli~ 80 budağın hərəsindən bir yarpaq

Kitabda görkəmli Azərbaycan yazıçısı, tarixi romanlar müəllifi Əzizə xanımCəfərzadənin həyat və yaradıcılıq yolundan bəhs olunur. Kitab yazıçının  80 illik yubileynə həsr olunmuşdur.  

 Baki, Çıraq nəşriyyatı, 2001

 
 

 


 
 

Arifə Telmanqızı ~ Əzizə Cəfərzadənin bədii dünyası

Kitabda Əzizə xanımCəfərzadənin tarixi və müasir mövzularda yazmış olduğu hekayələri, povest və romanları təhlil olunur, habelə yazıçənən bədii-estetik xüsusiyyətləri araşdırılır.

 Baki, Azər nəşr, 2002

Tiraj - 500

 

Oxumaq üçün